Cümə, 17 İyul 2020 13:15

“Caspian European Club” Emil Məcidovun iştirakı ilə “Online Round Table” keçirib

Caspian European Club-un iqtisadiyyat nazirinin müşaviri Emil Məcidovun iştirakı ilə təşkil etdiyi Online Round Table-da tranzit, logistika, freytforvardinq və nəqliyyat üzrə məsələ və təkliflər müzakirə olunub.

Bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

İki saatdan artıq davam edən Online Round Table-in iştirakçılarını salamlayan Emil Məcidov Azərbaycan tranzitinin inkişafı üzrə hazırkı vəziyyət və gələcək planlar, həmçinin hökumətin bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlara dəstəyi barədə məlumat verib.

İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov vurğulayıb ki, İqtisadiyyat Nazirliyi özəl sektorun sənayenin inkişafına və pandemiyanın fəsadlarının aradan qaldırılmasına yönəlmiş təklifləri üçün açıqdır. Emil Məcidov həmçinin birgə layihələrin, xüsusilə tranzit kimi rəqabətli biznesin inkişafı məsələsində özəl və dövlət sektorunun səylərinin əhəmiyyətini qeyd edib.

Emil Məcidov Caspian European Club-un üzv şirkətlərinin rəhbər və nümayəndələrinin suallarını cavablandırıb və təkliflərini dinləyib.

Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından açıq və səmimi dialoqa görə Emil Məcidova minnətdarlığını bildirib: “Bizi maraqlandıran bir çox suallara cavab aldıq və əksər problemlərin öz həllini tapacağı tədbirlər dairəsini müəyyənləşdirdik. Məhz buna görə nəqliyyat sektorunun nümayəndələrinin sual və təkliflərinin operativ müzakirəsi üçün birgə işçi qrupun yaradılması ilə bağlı qərar qəbul edildi.  

Online Round Table Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən sahibkarların sual və təkliflərinin müzakirəsi məqsədilə Caspian European Club tərəfindən yaradılıb.

Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və həmin dialqolarda iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian European Club mütəmadi olaraq CEO Brunch, CEO Lunch, Business Tour və s. kimi müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar keçirilir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

 

Read 3000 times
anniversary
OLDNEW
НОВОСТИ