Cümə, 12 İyun 2020 12:32

Caspian European Club MUSTAFA ABBASBƏYLİNIN iştirakı ilə onlayn B2G forum keçirib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi  Mustafa Abbasbəylinin iştıraki ilə təşkil olunan və iki saat davam edən onlayn B2G forum çərçivəsində sahibkarların COVİD-19 koronavirus pandemiyası və postpandemiya dövründə qarşılaşdıqları məsələlər müzakirə olunub və onların təklifləri dinlənilib.

Bu barədə Caspian European Club və Caspian Energy sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

İki saat davam edən virtual müzakirələr zamanı Mustafa Abbasbəyli  “Caspian European Club” üzvlərinə pandemiya dövründə sosial rifaha və məşğulluğa dəstək tədbirləri barədə məlumatlar verilib.

“Xüsusi karantin rejimi dövründə əmək münasibətləri” mövzusunda təşkil edilən forumda M.Abbasbəyli Prezident İlham Əliyevin uğurlu sosial- iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində atılan mühüm addımlar, əmək, məşğuluq, social müdafiə sahəsində aparılan geniş miqyaslı islahatlar barədə məlumat verib. O 2019-cu ildə reallaşan inqilabi sosial zərflərin 4,2 milyon nəfərin rifahına ciddi dəstək olduğunu, bu paketlər üçün əlavə olaraq illik 3,9 mlrd. Manat vəsait ayrıldığını deyib. Pandemiya dövründə social rifaha və məşğulluğa və dəstək tədbirlərindən bəhs edən Xidmət rəisi ümumilikdə 4,8 milyon insanın bu tədbirlər vasitəsilə dəstəklə əhatə olunduğunu, eyni zamanda sahibkarların dövlətin dəstəyi ilə təmin edildiklərini bildirib. M.Abbasbəyli məşğulluğun qorunması sahəsində görülən işləri və onların müsbət nəticələrini, əmək müqavilələrində artım tempinin hətta pandemiya dövründə də davam etdiyini, bu artımın böyük əksəriyyətinin özəl sektora aid olduğunu qeyd edib. Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin sürətlənməsi üçün aparılan işlər barədə danışan Xidmət rəisi “Əmək müqaviləsi bildirişi” altsisteminin funksional imkanlarının artırılacağını, “Məşğulluq” altsisteminin əhəmiyyətini diqqətə çatdırıb.

O, məşğulluq xidmətlərinin müasir texnologiyalar, innovativ yanaşmalar üzərində qurulması, məşğulluq xidmətlərinin çevikliyinin və keyfiyyətinin, əmək bazarında rolunun artırılması, aktiv məşğulluq tədbirlərinin, habelə peşə hazırlığı və peşəyönümü sisteminin təkmilləşdirilməsi üçün aparılan islahatları qeyd edib. Özünüməşğulluq proqramının genişləndirilməsi, ölkəmizin regionlarında yeni peşə tədrisi mərkəzlərinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin “Caspian European Club” üzvlərinin suallarını cavablandırıb.

Caspian European Club və Caspian Energynin sədri və qrupunbaş icraçı direktoru Telman Əliyev Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından açıq müzakirələrə görə Mustafa Abbasbəyliyə minnətdarlığını bildirib.

O qeyd edib ki, Mustafa Abbasbəyli Caspian European Club-un baş icraçı direktoru olub və Hüquq şöbəsinə rəhbərlik edib. Bu dövrdə Mustafa Abbasbəylinin təşəbbüsü ilə struktur dəyişiklikləri həyata keçirilib və Caspian European Club-un uzunmüddətli strategiyası işlənib hazırlanıb.

Caspian European Club tərəfindən hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda keçirilən B2G forumlar dövlət və özəl sektor arasında dialoq üçün aparıcı vasitə olmaqla yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu şirkətlərinin top-menecerləri və nümayəndələri ilə  beynəlxalq biznes-netvorkinq üçün əlavə imkanlar yaradır. Aprelin 22-dən B2G forumlar hər həftə onlayn rejimdə keçirilir.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5000 artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb.“Biznes-hökümət” dialoqunun fəal iştirakçısı olan Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Caspian European Club biznes-netvorkinq üçün beynəlxalq platformadır və mütəmadi olaraq CEO Brunch, CEO Lunch, Business Tour və bu kimi müxtəlif tədbirlər təşkil edir. Online Business Training çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinarlar, təlimlər və seminarlar keçirilir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

 

Read 4467 times
anniversary
OLDNEW
НОВОСТИ