Şənbə, 02 May 2020 09:28

Caspian European Club onlayn B2B FMCG forum təşkil edib

Caspian European Clubonlayn B2B FMCG forum keçirib. Forum çərçivəsində FMCG şirkətlərinin COVİD-19 koronavirus pandemiyası dövründə üzləşdikləri məsələ və təkliflər müzakirə olunub. Bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Üç saat davam edən onlayn B2B FMCG forum çərçivəsində müzakirələrə həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qeydiyyat və Sahibkarlarla İş şöbəsinin müdiri Orxan Mikayıl, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət və regional bölmələrə iş şöbəsinin Sertifikatlaşdırma və idxal-ixraca nəzarət sektorunun müdiri Fərid Əmirov, Dövlət Gömrük Komitəsinin Gömrük prosedurlarının idarə olunması şöbəsinin rəisi Elçin Rüstəmov, Dövlət Gömrük Komitəsinin Baytarlıq, sanitariya və fitosanitariya şöbəsinin rəisi Günay Salamova, Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB dostu) nümayəndəsi Elmar Rzayev, Azexport.az portalının idarəedici meneceri Ayxan Qadaşov və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.

Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından COVİD-19 koronavirus pandemiyası dövründə sahibkarlara göstərilən fəal mövqeyə və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Hökumətinin iqtisadi bloku təmsil edən bütün nümayəndələrinə minnətdarlığını ifadə edib.

Caspian European Club tərəfindən yaradılmış B2B forum beynəlxalq biznes-netvorkinq üçün unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri qısa təqdimatlar keçirir, öz fəaliyyətləri barədə danışır, sahənin problemləri ilə bölüşür və onların həlli yollrını təklif edirlər.

Həftədə iki dəfə keçirilən onlayn B2B forumlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrindən olan şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr qurmaq üçün əlavə platformadır.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir.  Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

 

Read 4503 times
anniversary
OLDNEW
НОВОСТИ