Cümə axşamı, 24 Dekabr 2020 07:11

“Caspian Business Award 2020” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.

“Caspian Business Award 2020”  beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

O bildirib ki ilin yekunlarına görə Mükafat COVİD-19 pandemiyası dövründə Azərbaycan və Xəzər-Qara dəniz regionu ölkələrinin iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə təqdim olunduğunu deyib.

“Nominantlar 1500-dən çox şirkətlərin yüksək və orta səviyyəli menecerləri arasında keçirilən sorğu əsasında müəyyənləşib”, - deyə T.Əliyev əlavə edib.

Tədbirdə diplomatik missiyaların nümayyəndələri, dövlət qurumlarının, nazirliklərin, Caspian Energy Club-un üzv şirkətlərinin rəhbərləri iştirak ediblər.

“Biznes-hökumət dialoqunun inkişafındakı töhfələrə görə” nominasiyasında mükafat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadəyə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədova və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova təqdim olunub.

Daha sonra “Caspian Business Award 2020” mükafatı “Azəriqaz” İB-nə ilin qaz təminatçısı, “Azərişıq” ASC-nə ilin enerji şirkəti, Gazelli Group ilin yerli kosmetika istehsalçısı, ASE ASYA AFRIKA HIZLI KARGO VE DAGITIM ilin nəqliyyat şirkəti,  Azərçay ilin çay istehsalçısı, Azpetrol Ltd şirkətinə ilin yanacaqdoldurma məntəqələri, Debet Safety şirkətinə ilin fərdi mühavizə vasitələri istehsalçısı, "Kartaş LTD" MMC-nə ilin tikinti materialları istehsalçısı, Delta Group C.O. MMC-nə ilin FMCG şirkəti nominasiyalarında qalib gəldiklərinə görə və Azərbaycanın Qazaxıstan Respublikasındakı Ticarət Evinə  Azərbaycan Məhsullarının Qazaxıstan bazarına ixrac edilməsinə mühüm töhfə verdiyinə görə təqdim olunub.

Sıralarında dünyanın 50 ölkəsindən 5 000-dən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

 

Read 1135 times Last modified on Cümə axşamı, 24 Dekabr 2020 08:15
anniversary
OLDNEW
НОВОСТИ