
Super User
В Бишкеке прошёл торжественный концерт, посвящённый 140-летию Узеира Гаджибейли
23 апреля состоялся концерт, посвящённый 140-летию Узеир бека, в исполнении мастеров искусств Азербайджана в сопровождении Кыргызского государственного академического симфонического оркестра имени А.Джумахматова. Оркестром на концерте, который состоялся в Кыргызском национальном академическом театре оперы и балета имени Абдыласа Малдыбаева, дирижировал лауреат международных конкурсов, главный дирижёр и музыкальный руководитель Азербайджанского государственного академического театра оперы и балета, заслуженный деятель искусств Эйюб Гулиев.
Все выступления были встречены бурными аплодисментами кыргызскими любителями музыки. Об этом сообщает “Caspian Energy Media” со ссылкой на Министерство Культуры.
Bişkekdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan təntənəli konsert keçirilib
Aprelin 23-də A.Cumaxmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan incəsənət ustalarının Üzeyir bəyin 140 illiyinə həsr olunmuş konserti keçirilib. Abdılas Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında gerçəkləşən konsertdə orkestri beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev idarə edib.
Bütün ifalar qırğız musiqisevərləri tərəfindən böyük alqışlarla qarşılanıb. Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
Dövlət Vergi Xidməti (DVX) rəisinin müşaviri, Tədris Mərkəzinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Sərxan Həşimovun rəhbərlik etdiyi nümayəndə heyəti təcrübə mübadiləsinin aparılması məqsədilə Macarıstana səfər edib.
Səfər çərçivəsində Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasında keçirilən görüşlər zamanı tərəflər vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi, rəqəmsal vergi inzibatçılığı, ƏDV və gəlir vergisinin tətbiqi ilə bağlı təqdimatlarla çıxış edib, həmçinin, əməkdaşlıq potensialından istifadə imkanlarının genişləndirilməsi məqsədilə təşəbbüslərin artırılması məsələləri nəzərdən keçirilib və qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılıq əldə olunub. Gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün yeni təşəbbüslərin irəli sürülməsi barədə razılığa gəlinib.
Səfər zamanı Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının Tədris Mərkəzi, o cümlədən Maliyyə baş idarəsinin nümayəndələri ilə ayrıca görüşlər keçirilib, aidiyyəti sahələr üzrə birgə fəaliyyətin genişləndirilməsi imkanları, vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar müzakirə olunub, həmin sahələrdə təcrübə mübadiləsi aparılıb. Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyində görüş keçirib. "Caspian Energy Media" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hava əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında hava nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hava əlaqələrinin inkişaf perspektivləri geniş şəkildə müzakirə edilib. Sərnişin axınının artırılması və aviasiya sahəsində tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsinin ölkələr arasında turizm və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi bildirilib. Bu barədə “Caspian Energy Media” AZAL-a istinadən xəbər verir.
Обсуждены перспективы развития авиасообщения между Азербайджаном и Саудовской Аравией
Президент ЗАО AzerbaijanAirlines (AZAL) Самир Рзаев провел встречу с чрезвычайным и полномочным послом Королевства Саудовская Аравия в Азербайджане Иссамом бен Салехом аль-Джутейли. Стороны обменялись мнениями по вопросам расширения взаимосотрудничества и укрепления партнерства в сфере воздушного сообщения.
В ходе беседы была подчеркнута важность увеличения пассажиропотока и углубления партнерских отношений в авиационной отрасли. Также было отмечено, что укрепление взаимодействия будет способствовать развитию туризма и экономических связей между Азербайджаном и Саудовской Аравией. Об этом сообщает “Caspian Energy Media” со ссылкой на AZAL.
Bakıda Azərbaycan-İran biznes forumu keçirilib
Aprelin 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes-forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər. Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.
В Баку состоялся азербайджано-иранский бизнес-форум
28 апреля в Центре Гейдара Алиева в Баку состоялся азербайджано-иранский бизнес-форум.
В мероприятии приняли участие Президент Азербайджанской Республики Ильхам Алиев и Президент Исламской Республики Иран Масуд Пезешкиан. Об этом сообщает “Caspian Energy Media” со ссылкой на официальный сайт Президента Азербайджанской Республики.
Президенты Азербайджана и Ирана выступили с заявлениями для прессы
28 апреля Президент Азербайджанской Республики Ильхам Алиев и Президент Исламской Республики Иран Масуд Пезешкиан выступили с заявлениями для прессы.
Об этом сообщает “Caspian Energy Media” со ссылкой на официальный сайт Президента Азербайджанской Республики.
Состоялся обмен документами, подписанными между Азербайджаном и Ираном
28 апреля с участием Президента Азербайджана Ильхама Алиева и Президента Ирана Масуда Пезешкиана состоялась церемония обмена документами, подписанными между Азербайджанской Республикой и Исламской Республикой Иран.
Об этом сообщает “Caspian Energy Media” со ссылкой на официальный сайт Президента Азербайджанской Республики.
Azərbaycan Dünya Bankının dayanıqlı maliyyələşmə mənbələri ilə bağlı müzakirələrində iştirak edib
Azərbaycan Mərkəzi Bankı Dünya Bankı Qrupunun dayanıqlı maliyyələşmə mənbələrinin genişləndirilməsi ilə bağlı müzakirələrində iştirak edib.
Qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ABŞ səfəri çərçivəsində Dünya Bankı Qrupunun prezidenti Acay Banqa ilə görüşdə iştirak edib. Görüşə Dünya Bankına daxil olan təşkilatların, eləcə də Azərbaycanın da təmsil olunduğu Seçki Qrupuna üzv ölkələrin mərkəzi bankları və maliyyə nazirliklərinin rəhbər şəxsləri qatılıb.
Qlobal maliyyə gündəminin mühüm mövzularının müzakirə olunduğu bu görüşdə regional tərəşdaşlığın möhkəmləndirilməsinin və dayanıqlı maliyyələşmə mənbələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Cənab Banqa innovativ texnologiyaların, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində süni intellektin tətbiqinin genişləndirilməsinin potensial faydalarına və risklərinə dair fikirlərini də görüş iştirakçıları ilə bölüşüb. Görüş çərçivəsində, həmçinin Seçki Qrupuna üzv ölkələrdə iqtisadi imkanlar və çağırışlar üzrə fikir mübadiləsi aparılıb. Bu barədə “Caspian Energy Media” Mərkəzi Banka istinadən xəbər verir.