Вторник, 22 Апрель 2025 12:46

Çinin kompüter texnologiyaları şirkəti ilə görüş keçirilib

Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Çinin “Shenzhen Hasee Computer Co.” kompüter texnologiyaları şirkəti arasında görüş keçirilib.

Görüşdə şirkət tərəfindən ölkəmizdə noutbukların istehsalının lokallaşdırılması imkanları barədə fikir mübadiləsi aparılıb, bazara inteqrasiya üzrə strategiya ilə bağlı məlumatların təqdim olunmasına və danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub. Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir.

 

Read 33 times Last modified on Понедельник, 05 Май 2025 12:49

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ