Четверг, 01 Май 2025 10:15

Azərbaycan və İtaliya birgə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso ilə videkonfrans formatında görüşüb.

Görüşdə İtaliya ilə dostluğa və strateji tərəfdaşlığa əsaslanan iqtisadi əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilib. Bir çox İtaliya şirkətlərinin ölkəmizdə sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə uğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. İqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanların olduğu bildirilib.

Tərəflər ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın artırılması, biznes subyektlərinin işbirliyi və qarşılıqlı investisiya layihələri barədə fikir mübadiləsi aparıblar. Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Read 12 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ