Вторник, 24 Сентябрь 2024 15:22

COP29-un prezidenti ABŞ Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev ABŞ Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, nazir özəl sektorun daha yaxşı gələcək yaratmaqda əhəmiyyətindən danışıb, sıfır emissiya və elmi əsaslı hədəflər qoymaqla nümunə olanlardan danışıb. O, həmçinin şirkətləri öz hökumətlərinə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) üçün iqlim ambisiyalarını artırmaq və COP29-a real icra edilə bilən öhdəliklərlə gəlmək üçün aydın mesajlar göndərməyə çağırıb.

Read 186 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ