Понедельник, 09 Сентябрь 2024 12:01

AMB “Bank of Baku”nun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank of Baku” ASC-nin bir vəzifəli şəxsini 1 500 manat cərimə edib.

Bu barədə “Caspian Energy Media” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” qanunun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu məlum olub. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq bankın əməkdaşına qarşı tədbir görülüb.

Read 225 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ