Пятница, 30 Август 2024 11:40

Millimizin heyəti açıqlanıb

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda İsveç və Slovakiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

“Caspian Energy Media” xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis sentyabrın 2-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

·        Mehdi Cənnətov (“Sumqayıt”)

·        Rza Cəfərov (“Neftçi”)

·        Yusif İmanov (“Sabah”)

·        Amin Seydiyev (“Sabah”)

·        Qismət Alıyev (“Zirə”)

·        Abbas Hüseynov (“Qarabağ”)

·        Şəhriyar Əliyev (“Turan Tovuz”)

·        Rahil Məmmədov (“Radomiak Radom”, Polşa)

·        Bədavi Hüseynov (“Qarabağ”)

·        Bəhlul Mustafazadə (“Qarabağ”)

·        Elvin Cəfərquliyev (“Qarabağ”)

·        Elvin Camalov (“Sabah”)

·        Coşqun Diniyev (“Bandırmaspor”, Türkiyə)

·        Aleksey İsayev (“Qarabağ”)

·        Xəyal Nəcəfov (“Turan Tovuz”)

·        Emin Mahmudov (“Neftçi”)

·        Emil Mustafayev (“Polesye”, Ukrayna)

·        Ceyhun Nuriyev (“Zirə”)

·        Ozan Can Kökçü (HJK, Finlandiya)

·        Toral Bayramov (“Qarabağ”)

·        Ramil Şeydayev (“Neftçi”)

·        Nəriman Axundzadə (“Qarabağ”)

·        Rüstəm Əhmədzadə (“Zirə”)

·        Renat Dadaşov (“Ankaragücü”, Türkiyə)

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsveç yığması ilə, sentyabrın 8-də isə Koşitse Futbol Arenasında Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

Read 240 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ