“Xarici QHT-lərdən Azərbaycan Milli QHT Forumuna COP29-la əlaqədar çoxsaylı əməkdaşlıq təklifləri daxil olmaqdadır. Məsələni İdarə Heyətində müzakirə etdik və qərara aldıq ki, “COP29 QHT Koalisiyası” yaratmağa təşəbbüs göstərək. Təşəbbüsümüz xarici QHT-lər tərəfindən yüksək maraqla qarşılandı. Artıq 30 ölkədən 108 xarici QHT bu koalisiyaya qoşulmağa razılıq verib. Müraciətlər hər gün davam edir, ola bilsin ki, bu şəbəkə daha da genişlənsin. Azərbaycanda ilk dəfədir ki, belə qlobal formatda və nəhəng miqyasda yerli və xarici QHT-lərin əməkdaşlığı qurulur. Artıq vətəndaş cəmiyyəti COP29-un Azərbaycana bəxş etdiyi unikal imkanları hiss edir”. Bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bəyan edib. Caspian Energy Media COP29-a istinadən xəbər verir ki, bu əməkdaşlığın qurulmasında Azərbaycan Milli QHT Forumunun üzvləri yaxından iştirak edib: “Hər kəs bu prosesə maksimum öz töhfəsini verməyə çalışır”.
Пятница, 19 Июль 2024 16:48