Среда, 29 Май 2024 13:50

Yağmur-2 LEF Network Azerbaijan layihəsi çərçivəsində işgüzar səfərdə iştirak edir

Yağmur-2 MMC 26 may - 2 iyun tarixlərində LEF Network Azerbaijan layihəsi çərçivəsində baş tutacaq işgüzar səfərə qatılıb. Bu barədə Yağmur-2 şirkətinin baş direktoru Namiq Hacıyev bildirib.

Qeyd edək ki, səfər çərçivəsində Caspian Energy Club üzvləri Latviya, Estoniya və Finlandiyanı ziyarət edəcək. Yağmur-2 şirkətinin baş direktoru Namiq Hacıyev Caspian Energy Media-ya səfərdən gözləntiləri barədə məlumat verib. Onun sözlərinə görə, ekologiya sahəsində yeni müqavilələrin imzalanması planlaşdırılır. “Water Riga şirkəti ilə su təmizləyici kimyəvi maddələrlə bağlı müəyyən görüşlər aparılacaqdır”, - Yagmur-2 şirkətinin baş direktoru Namiq Hacıyev bildirib.

Xatırladaq ki, Caspian Energy Club International European Union Central Baltic proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, yaşıl texnologiyalar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.

Read 229 times Last modified on Среда, 12 Июнь 2024 06:53

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ