Понедельник, 27 Май 2024 18:13

Axiom və Sunstar Group şirkətlərinin nümayəndələri arasında görüş keçirilib

Axiom və Sunstar Group şirkətlərinin nümayəndələri arasında görüş keçirilib. Axiom və Latviyanın Sunstar Group şirkətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Axiom-un direktoru Ceyhun Fərəcov bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin  genişlənməsi olub.

Axiom MMC avtomobil izləmə və avto parkın idarə olunması sahəsində ixtisaslaşmışdır. 2012-ci ildən etibarən Türkiyənin tanınmış nəqliyyat izləmə firması olan Mobiliz ilə əməkdaşlıq yaradaraq, avto parka sahib olan şirkətlərə təhlükəsizliyin, məhsuldarlığın və qənaətliliyin artırılması üçün həllər təqdim edir. Şirkətin məqsədi avtoparka sahib olan şirkətlərin həmin avtoparkları daha təhlükəsiz, məhsuldar, və qənaətli idarə edə bilməsi üçün lazım olan həllərə əl çatanlığını asanlaşdırmaqdır.

Sunstar Group İş Sağlamlığı və Təhlükəsizliyi modelini və iş mühitinin inkişaf strategiyasını həyata keçirən şirkətdir. Sunstar Group-un əsas məqsədi insanlara və onların rifahına yönələn əməyin mühafizəsi proseslərinin idarə edilməsini dəyişdirmək və eyni zamanda qaydalara riayət etməkdir.

Qeyd edək ki, bu görüşlərin LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Read 86 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ