Monday, 30 January 2023 11:09

AZPROMO növbəti dəfə "CEO Award Azerbaijan" müsabiqəsinə dəstək verəcək

"Caspian Energy Club" şirkəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliy (KOBİA) və "Times Consulting" şirkətinin tərəfdaşlığı ilə ikinci "CEO Award Azerbaijan" milli müsabiqəsinə start verir.

"CEO Award Azerbaijan" milli müsabiqəsinin qalibləri 14 fevral – 5 mart tarixləri arasında müstəqil beynəlxalq  platformada keçiriləcək onlayn səsvermə nəticəsində müəyyənləşdiriləcək. Səsvermənin nəticələri 10 mart tarixində açıqlanacaq.

Müsabiqədə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin top-menecerləri iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq istəyənlər www.ceo.award.az saytında qeydiyyatdan keçə bilərlər.

Read 1105 times
anniversary
НОВОСТИ