6 may tarixində “Hilton Baku” otelində Xəzər regioununun kənd təsərrüfatı və qida sənayesi sahəsində mühüm tədbirləri - 18-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransına kütləvi informasiya vasitələrinin nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, eləcə də tədbirin təşkilat komitəsinin üzvləri qatılıb.
Konfransda Azərbaycan “Caspian Event Organisers” şirkətinin İcraçı direktoru Bəhruz Hidayətzadə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Toğrul Qafarbəyli, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin layihə rəhbəri Zarina Məmmədova, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Texnoloji transfer və innovasiya şöbəsinin müdiri Nərmin Kərimli və "Azərbaycan Kulinariya Mütəxəsissləri Assosiasiyası"nın İcraçı direktoru Fərhad Aşurbəyli çıxış edib. Onlar 13-16 may tarixlərində keçiriləcək sərgilər haqqında ətraflı məlumat təqdim edərək, jurnalistlərin suallarını cavablandırıblar.
Artıq milli brendə çevrilmiş Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri Bakı Ekspo Mərkəzində keçiriləcəkdir.
Tədbirlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini fəal şəkildə dəstəkləyirlər.
Sərgilərin daimi iştirakçısı olan “Prior Leasing ASC” şirkəti “Caspian Agro” sərgisinin qeydiyyat sponsoru qismində çıxış edir.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.
Sərgilər haqqında ətraflı məlumatı www.caspianagro.az və wwww.interfood.az rəsmi internet səhifələrindən əldə etmək mümkündür.
{gallery}tet{/gallery}