Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı Krallığı hökuməti və Azərbaycan Respublikası hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclası çərçivəsində Səudiyyə Ərəbistanının İnvestisiyaların Təşviqi Təşkilatı (SIPA) və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə Səudiyyə Ərəbistanı-Azərbaycan dəyirmi masası keçirilib.
Dəyirmi masa zamanı AZPROMO, İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Azərbaycan İnvestisiya Holdinqi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ələt Azad İqtisadi Zonası (AFEZ), eləcə də özəl qurumların nümayəndələri tərəfindən ölkəmizdə perspektivli biznes və investisiya imkanlarına, həmçinin investorların dəstəklənməsi ilə bağlı mövcud dövlət mexanizmlərinə dair məlumat verilib. Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir.