Tuesday, 22 April 2025 12:49

Sahibkarlar Pekin İqtisadi-Texnoloji İnkişaf Zonasında olublar

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Beynəlxalq Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan sahibkarları Pekin İqtisadi-Texnoloji İnkişaf Zonasında (BDA) fəaliyyət göstərən müəssisələrdə olublar.

Nümayəndə heyəti bir sıra innovasiya mərkəzlərini, o cümlədən “Yongtai Biopharmaceutical Co.” şirkətinin tədqiqat mərkəzini və dərman istehsalı laboratoriyalarını ziyarət edib, burada biotexnologiya sahəsindəki yeniliklərlə tanış olub, Pekin Yüksək Səviyyəli Avtonom Sürücülük Nümayiş Zonasının İnnovasiya və Əməliyyat Mərkəzində pilotsuz ictimai nəqliyyat vasitələrinə, eləcə də Çinin ən böyük elektron ticarət platformalarından biri olan “JD.com Group” və “HollySys” İKT həlləri şirkətlərinin sərgi zallarına baxış keçirib, “Robotlar Dünyası” sərgi zalında sənaye sektoru, tibbi xidmət və məişətdə istifadə edilən müxtəlif robototexnika modelləri ilə tanış olublar. Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir.

Read 17 times

 

NEWS