Friday, 16 August 2024 12:06

Macarıstanda keçirilən Hun-Türk Qurultayı başa çatıb

Macarıstanın Buğac şəhərində keçirilən dünyanın ən böyük Etno-festivalı hesab edilən Hun-Türk Qurultayı yekunlaşıb.

Caspian Energy Media Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın incəsənət və mədəniyyət xadimlərinin, ictimai fəalların iştirakı ilə keçirilən festival üç gün davam edib. 300 mindən çox insanın qatıldığı festivalda ilk dəfə Azərbaycan çadırı qurulub. Çadırda Azərbaycan Rəssamlar İttifaqının üzvü, əslən Laçından olan Elnarə Rəsulovanın hazırladığı qədim xalçalarımıza və xalça sənətinə aid nümunələr sərgilənib, xalq və aşıq sənətinin, həmçinin milli rəqslərimizin təbliği böyük marağa səbəb olub. Aşıq Elməddin Məmmədlinin və Əməkdar artist Qoçaq Əskərovun böyük səhnədəki ifaları festival iştirakçılarının alqışları ilə qarşılanıb.

Daha ətraflı

Read 177 times

 

NEWS