Cümə axşamı, 16 Yanvar 2020 11:42

Dövlət Gömrük Komitəsi ilə Caspian European Club-un birgə işçi qrupunun toplantısı keçirilib

2020-ci il yanvarın 16-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Caspian European Club-un birgə işçi qrupunun toplantısı keçirilib.

Dövlət Gömrük Komitəsi tərəfindən  birgə işçi qrupuna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini Cavad Qasımov rəhbərlik edir. O, DGK-nın rəhbərliyi adından fəal əməkdaşlığa, sahibkarların üzləşdikləri problemlərin üzə çıxarılmasında və onların həlli üzrə təkliflərin öyrənilməsindəki birgə işə görə Caspian European Club-a minnətdarlığını bildirib.

“Son bir neçə ildə bizim birgə işçi qrupumuz biznes nümayəndələrini narahat edən müxtəlif məsələlərin müzakirəsində çox fəal iştirak edib. Təklif edirəm bu toplantılar hər ay keçirilsin ki, biz də görülmüş işlərə yekun vura və operativ həlli tələb olunan məsələlərə dərhal reaksiya verə bilək”, - deyə Cavad Qasımov  söyləyib.

 

 

 Cavad Qasımov Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar, ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması və kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində müəyyənləşdiridiyi hədəflərdən danışıb. Sədr müavini qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, tətbiq edilən yeniliklərdən bəhs edib və  forum iştirakçılarını gələcək hədəflər barədə məlumatlandırıb.

 “Bugünkü iclasda Caspian European Club nəqliyyat komitəsinin təmsilçiləri iştirak edirlər. Onlar öz fəaliyyətləri dövründə hər gün DGK-nın nümayəndələri ilə ünsiyyətdə olurlar.  Biz sıx əməkdaşlığa və konstruktiv dialoqa görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkür edirik. Bundan sonra biz hər ay iqtisadiyyatın müxtəlif sektorlarının təmsilçilərinin fikir, problem və təkliflərini öyrənəcək, onları əhəmiyyətliliyinə və mürəkkəbliyinə uyğun olaraq sistemləşdirəcək və qruplaşdıracaq, birgə işçi qrupumuz çərçivəsində müzakirəyə çıxaracağıq”, - deyə Telman Əliyev qeyd edib.

Caspian European Club-un bütün dövlət qurumları ilə birgə işçi qrupu var. Onların fəaliyyəti birbaşa və ya dolayısı ilə biznes subyektləri ilə əlaqəlidir. İşçi qruplarının fəaliyyəti Caspian European Club-un idarə heyətləri və şirkət top-menecerlərinin başçılıq etdikləri sahə və sahələrarası komitə rəhbərləri tərəfindən nizamlanır.

Sıralarında dünyanın 50 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb.  Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstanda və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya və Latviyada səlahiyyətli nümayəndələri var.

Read 884 times Last modified on Cümə axşamı, 16 Yanvar 2020 11:53
anniversary
OLDNEW
НОВОСТИ