Çərşənbə, 08 Yanvar 2020 12:22

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumatı

8 yanvar 2020-ci il, Bakı  Çoxsaylı müraciətlər ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, AZAL və “Buta Airways” aviaşirkətləri hal-hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.

Read 824 times Last modified on Çərşənbə, 08 Yanvar 2020 12:29
anniversary
OLDNEW
НОВОСТИ