Çərşənbə axşamı, 13 May 2025 09:59

AZAL ətraf mühitin dayanıqlılığına olan öhdəliyini gücləndirmək üçün IATA-nın Ekoloji Qiymətləndirmə Proqramına qoşulub

 Bakıda keçirilən IATA-nın Aviasiya Enerji Forumu çərçivəsində Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Hava Yolları” (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Ekoloji Qiymətləndirmə Proqramı”na (IEnvA) qoşulduğunu elan etdi.

Müqaviləni AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə və IATA-nın Türkiyə, Mərkəzi Asiya və Azərbaycan regionu üzrə nümayəndəsi Funda Çalışır imzalayıblar.

IEnvA aviasiya sahəsində fəaliyyət göstərən tərəfdaşların, o cümlədən aviaşirkətlər, hava limanları, yükdaşıma terminalları, ekspeditorlar, texniki xidmət təminatçıları (MRO), iaşəçilər və yerüstü xidmətləri şirkətlərinin ətraf mühitin mühafizəsi və dayanıqlılıq sahəsindəki fəaliyyətlərini davamlı şəkildə yaxşılaşdırmaq öhdəliklərini müstəqil şəkildə qiymətləndirmək məqsədilə hazırlanmış sertifikatlaşdırma proqramıdır. Bu proqram ISO14001 ekoloji idarəetmə sistemi standartı və IATA-nın Əməliyyat Təhlükəsizliyi Auditi (IOSA) da daxil olmaqla, qlobal səviyyədə tanınan standartlar və sənaye üzrə ən yaxşı təcrübələrə əsaslanır. IEnvA könüllü əsasda fəaliyyət göstərən, abunəlik əsasında təqdim olunan və ətraf mühitin idarəolunması üçün hazır həll yolu təqdim edən bir sistemdir.

IEnvA sertifikatını əldə etdikdən sonra AZAL müxtəlif əməliyyat sahələrində ətraf mühitə təsirini daha yaxşı qiymətləndirə, idarə edə və optimallaşdıra biləcək. Bu, şirkətə ətraf mühit göstəricilərini yaxşılaşdırmağa və bu sahədə daha sistemli yanaşma formalaşdırmağa imkan verəcək. Bu barədə “Caspian Energy Media” AZAL-a istinadən xəbər verir.

 

Read 26 times Last modified on Çərşənbə, 14 May 2025 10:02