Bazar ertəsi, 05 May 2025 10:10

Azərbaycanın cüdo yığması İstanbulda keçirilən Avropa Kubokunu 7 medalla başa vurub

Azərbaycanın cüdo yığması İstanbulda keçirilən Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vurub.

“Caspian Energy Media” federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ikinci günündə 90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev keçirdiyi 5 görüşün hamısında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mehdi Abbasov (-81 kq), Ramazan Əhmədov (+100 kq) və Xədicə Qədəşova (-52 kq) isə bürünc medal əldə ediblər.

Read 11 times Last modified on Bazar ertəsi, 05 May 2025 10:54