"Caspian Energy Media" Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan paraatleti Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
T13 kateqoriyasında çıxış edən idmançı buna 100 metr məsafəni 11,76 saniyəyə qət edərək nail olub.
Bununla da “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı yeni dünya rekordunu müəyyənləşdirib.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.
Çərşənbə, 04 Sentyabr 2024 09:48
Lamiyə Vəliyevadan yeni dünya rekordu
Published in
İdman
Tagged under
Latest from
- Состоялось 7-е заседание Межправительственной комиссии Азербайджан-Великобритания
- Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib
- Milli Biznesin İnkişafı Forumunun ikinci xüsusi sessiyası təşkil olunub
- Azərbaycan və Böyük Britaniya enerji sahəsində strateji tərəfdaşlığı müzakirə edib
- Азербайджан и Великобритания обсудили инвестиционные возможности в энергетике