Çərşənbə, 30 Aprel 2025 15:44

Azərbaycan və Küveyt XİN rəhbərləri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı müzakirə ediblər

30 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Abdullah Ali Al-Yahya ilə görüşüb.

"Caspian Energy Media" xəbər verir ki, görüşdə Azərbaycan-Küveyt əməkdaşlığının siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, nəqliyyat, kommunikasiyalar, humanitar aspektləri, turizm əlaqələrinin inkişafı, Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, habelə postmünaqişə dövründə regional reallıqlar müzakirə olunub. 

Read 6 times Last modified on Cümə axşamı, 01 May 2025 10:47