Şimali Kipr Türk Respublikasında keçirilən “TECHNOFEST-2025”də Azərbaycanı təmsil edən Bakı Ali Neft Məktəbinin (BANM) "Qızıl Qaya" komandası “TECHNOFEST-2025”də birinci yer tutub.
“Caspian Energy Media” xəbər verir ki, Azərbaycan komandasına mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
"Qızıl qaya" komandası turizm texnologyaları kateqoriyasında birinci yeri tutub.
BANM-ın digər komandası “Xudafərin” isə “Tədqiqat Layihələri – Ətraf Mühit və Enerji” kateqoriyası üzrə 3-cü yer tutub.